Qısqanc kişilərin törətdiyi qətllər - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

Qısqanc kişilərin törətdiyi qətllər

XƏBƏRLƏR

Qısqanc kişilərin törətdiyi qətllər
   
“2015-ci ilin üç ayında ailədaxili zorakılıq, qısqanclıq zəmnində 168 cinayət faktı qeydə alınıb. Məişət zorakılığı ilə bağlı risk daha çox Cənub və Qərb zonalarında baş verib”.
Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Komitə rəsmisinin sözlərinə görə, ailədaxili münaqişələr zəminində yetkinlik yaşına çatmayan qızlara qarşı 2007-ci ildə 85, 2008-ci ildə 103, 2009-cu ildə 129, 2010-cu ildə 82, 2011-ci ildə 103, 2012-ci ildə 75, 2013-cü ildə 51, 2014-cü ildə 62 fakt qeydə alınıb. 2015-ci ilin birinci rübündə isə 14 cinayət faktı baş verib.

“Ədliyyə Nazirliyinin məlumatına əsasən valideyn hüquqlarından məhrum edilmə halı 2012-ci ildə 76, 2013-cü ildə 60, 2014-cü ildə 60 fakt olub. Məhkəmə qərarı ilə valideyn hüququnun məhdudlaşdırılmasına dair 2012-ci ildə 25, 2013-cu ildə 78, 2014-cü ildə 25 fakt qeydə alınıb.Məişət zorakılığı nəinki valideyn hüquqlarının məhdudlaşdırılmasına, məhrum edilməsinə gətirir, eyni zamanda onların digər məsuliyyət növlərinə cəlb edilməsi ilə də nəticələnir. Zorakılıq nəticəsində müvafiq məsuliyyət növlərinə cəlb edilənlər də var. Məişət zorakılığına daha çox erkən nikahlar və erkən nikahlara təhriketmə səbəb olur. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xüsusi müddəa -176.1-ci maddə qəbul olunub. Həmin maddəyə görə 4 il azadlıqdan məhrumetmə və 4 min manata qədər cərimənin ödənilməsi nəzərdə tutulur. Qanunun tətbiqindən sonra erkən nikahlarda azalma müşhidə edilir. Son iki-üç ildə komitə tərəfindən 30 erkən nikah faktının qarşısı alınıb”,-deyə komitə rəsmisi vurğulayıb.

Bölgələrdə məişət zorakılığına qarşı komissiyaların yaradıldığını deyən E.Səfərovun sözlərinə görə, həmin komissiyalar zorakılıq baş verə biləcək ailələri və risk olan ailələrin siyahısını tərtib edib, onlarla iş aparır: “Məişət zorakılığı ilə bağlı risk daha çox Cənub və Qərb zonalarındadır. Həmin ailələrlə psixoloq və hüquqşünaslar işləyir. Məişət zorakılığının qarşısının alınamsı ilə bağlı Milli Fəaliyyət Planı haırlanıb. Həmin planın bu il qəbul olunması gözlənilir. Plan çərçivəsində tək maarifləndirmə yox, bir çox tədbirlər də öz əksini tapıb”.

Ailə münaqişəsi və qısqanclıq zəmnində 2015-ci ilin ilk üç ayında 168 cinayət faktının olduğunu deyən şöbə müdiri qeyd edib ki, bu göstərici 2007-ci ildə 874 , 2008-ci ildə 1596, 2009-cu ildə 1543, 2010-cu ildə 1512, 2011-ci ildə 2043, 2012-ci ildə 1514, 2013-cü ildə 713, 2014-cü ildə 809 olub.

“Zorakılığı tətbiq edən şəxsə məhkəmə tərəfindən mühafizə orderi (Zorakılığı tətbiq edən şəxsin müvəqqti də olsa evə yaxınlaşmamaq) tətbiq olunur. Zorakılıq törədən şəxs mühafizə orderinə cəlb olunursa, ona hüquq çərçivəsində qaydalar başa salınır. Yəni o, evlə necə əlaqə saxlamalı, nə qədər məsafədə evə yaxın gəlməməlidir və s. Əgər həmin şəxs mühafizə orderi qaydalarına riyaət etmirsə, inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. Hər il mühafizə orderi ilə bağlı 4-6 fakt qeydə alınır. Bu yeni institut olduğuna görə, daha da genişləndirmək istəyirik”.

Gültəkin Ələsgər
AzVision.az
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню