Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 6 yanvar 2004-cü il

№ 575-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 fevral 2004-cü il, № 25) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (№ 1, 31 yanvar 2004-cü il, maddə 14) («LegalActs» LLC).

Dəyişdirilmiş Avropa Sosial Xartiyası

Preambula

Avropa Şurasının üzvü olub, Xartiyanı imzalayan hökumətlər,

Avropa Şurasının məqsədinin onun üzvü olan dövlətlərin ümumi irsi sayılan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə onların arasında daha sıx birliyə nail olmaq və onların iqtisadi və sosial tərəqqisinə, xüsusilə insan hüquqları və əsas azadlıqlarının təminatı və daha geniş reallaşması yolu ilə yardım etmək olduğunu nəzərə alaraq,

1950-ci il noyabrın 4-də Romada imzalanmış insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və ona aid Protokolda Avropa Şurasının üzv dövlətləri öz əhalisini bu sənədlərdə dəqiqləşdirilmiş vətəndaş və siyasi hüquq azadlıqları ilə təmin etmək barədə razılığa gəldiklərini nəzərə alaraq,

1961-ci il oktyabrın 18-də imzalanmaq üçün Turində açıq elan edilmiş Avropa Sosial Xartiyası və ona aid Protokolda Avropa Şurasının üzvü olan dövlətlərin öz əhalisinin həyat səviyyəsini və sosial rifahını yüksəltmək məqsədilə onları bu sənədlərdə dəqiqləşdirilmiş sosial hüquqlarla təmin etmək barədə razılığa gəldiklərini nəzərə alaraq,

1990-cı il noyabrın 5-də Romada keçirilmiş insan hüquqları üzrə Nazirlər konfransının, bir tərəfdən, insanın vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının bölünməzlik xüsusiyyətini qoruyub saxlamaq və digər tərəfdən, Avropa Sosial Xartiyasına yeni təkan vermək zəruriliyini qeyd etdiyini xatırlayaraq,

1991-ci il oktyabrın 21-22-də Turində keçirilmiş Nazirlər konfransında razılaşdırıldığı kimi, Xartiyanın qəbulundan keçən dövr ərzində, xüsusi olaraq, baş verən əhəmiyyətli sosial dəyişiklikləri nəzərə almaq məqsədilə Xartiyanın əsas məzmununu yeniləşdirmək və dəqiqləşdirmək qətiyyəti ilə,

hal-hazırda mövcud olan Avropa Sosial Xartiyasını tədricən əvəz etməli olan dəyişdirilmiş Xartiyada ilkin Xartiyanın mətnində, ona edilən düzəlişlərdə və 1988-ci il əlavə Protokolunda bəyan edilmiş hüquqların və həmçinin yeni hüquqların təsbiti üstünlüklərini etiraf etməklə,

aşağıdakılar haqqında razılığa gəlmişlər:

I hissə

Tərəflər, özlərinin bütün lazımi həm milli, həm də beynəlxalq səciyyəvi vasitələrinin köməyi ilə həyata keçirəcəkləri siyasətin məqsədi kimi, aşağıdakı hüquq və prinsiplərin səmərəli həyata keçirilməsini təmin edən şəraitin yaradılmasını qəbul edirlər:

1. Hər bir insan sərbəst şəkildə seçdiyi ixtisas üzrə öz zəhməti ilə yaşayış üçün qazanc əldə etmək imkanına malik olmalıdır.

2. Bütün işçilər ədalətli əmək şəraiti hüququna malikdirlər.

3. Bütün işçilər təhlükəsiz və sağlam əmək şəraiti hüququna malikdirlər.

4. Bütün işçilər özlərinin və ailələrinin normal həyat səviyyəsi üçün yetərli olan ədalətli mükafatlandırılma hüququna malikdirlər.

5. Bütün işçilər vəəgötürənlər öz iqtisadi və sosial maraqlarının müdafiəsi məqsədilə milli və ya beynəlxalq təşkilatlarda sərbəst birləşmək hüququna malikdirlər.

6. Bütün işçilər vəəgötürənlər kollektiv müqavilə bağlamaq hüququna malikdirlər.

7. Uşaqlar və yeniyetmələr məruz qaldıqları fiziki və mənəvi ziyan təhlükəsindən xüsusi müdafiə hüququna malikdirlər.

8. İşləyən qadınlar analıq dövründə xüsusi müdafiə hüququna malikdirlər.

9. Hər bir insan özünün şəxsi qabiliyyət və maraqlarına uyğun olaraq peşə seçimi baxımından ona yardım məqsədilə peşə yönümü üçün lazımi imkanlar hüququna malikdir.

10. Hər bir insan peşə hazırlığı üçün lazımi imkanlar hüququna malikdir.

11. Hər bir insan öz səhhətini mümkün qədər yaxşı vəziyyətdə saxlamağa imkan verən hər hansı bir vasitədən istifadə etmək hüququna malikdir.

12. Bütün işçilərin və onların öhdəsində olanların sosial təminat hüququ vardır.

13. Adekvat vəsaitləri olmayan hər bir şəxs sosial və tibbi yardım hüququna malikdir.

14. Hər bir insan sosial rifah xidmətlərindən faydalanmaq hüququna malikdir.

15. Əlillər müstəqillik, sosial inteqrasiya və ictimai həyatda iştirak etmək hüququna malikdirlər.

16. Cəmiyyətin əsas özəyi olan ailə öz hərtərəfli inkişafını təmin etmək üçün müvafiq sosial, hüquqi və iqtisadi müdafiə hüququna malikdir.

17. Uşaqlar və gənclər müvafiq sosial, hüquqi və iqtisadi müdafiə hüququna malikdirlər.

18. Hər hansı bir Tərəfin vətəndaşları hər bir digər Tərəfin ərazisində onun vətəndaşları ilə bərabər əsaslarla, iqtisadi və ya sosial səbəblərin doğurduğu ciddi məhdudiyyətləri istisna etməklə, gəlir gətirən hər bir fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

19. Hər hansı bir tərəfin vətəndaşları olan işçi-miqrantlar və onların ailə üzvləri hər bir digər tərəfin ərazisində müdafiə və yardım hüququna malikdirlər.

20. Bütün işçilər cinsi əlamətə görə ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və bərabər rəftar hüququna malikdirlər.

21. İşçilər müəssisə daxilində informasiya almaq və məsləhətləşmək hüququna malikdirlər.

22. İşçilər müəssisələrdə əmək şəraitinin və istehsal mühitinin müəyyənləşdirilməsində və yaxşılaşdırılmasında iştirak etmək hüququna malikdirlər.

23. Hər bir ahıl sosial müdafiə hüququna malikdir.

24. Bütün işçilər məşğulluğun dayandırıldığı hallarda müdafiə hüququna malikdirlər.

25. Bütün işçilər, işəgötürənin ödəmə qabiliyyətsizliyi halında, onların iddialarının müdafiəsi hüququna malikdirlər.

26. Bütün işçilər iş yerində onların ləyaqətinin qorunması hüququna malikdirlər.

27. İşə girən və ya işə girmək istəyən, ailə öhdəlikləri olan hər bir şəxs heç bir ayrı-seçkiliyə məruz qalmadan və mümkün qədər öz işi ilə ailə öhdəlikləri arasında toqquşma yaratmadan bunu etmək hüququna malikdir.

28. İşçilərin müəssisələrdəki nümayəndələrinə ziyan gətirən hərəkətlərdən onlar müdafiə olunmaq hüququna malikdirlər və onlara öz funksiyalarının həyata keçirilməsi üçün lazımi imkanlar yaradılmalıdır.

29. Bütün işçilər informasiya almaq və həmçinin ştatların kollektiv ixtisarı zamanı onlarla məsləhətləşmə aparılması hüququna malikdirlər.

30. Hər bir insan yoxsulluq və sosial təcriddən müdafiə hüququna malikdir.

31. Hər bir insan mənzil hüququna malikdir.

II hissə

Tərəflər, III hissədə nəzərdə tutulduğu kimi, özlərinin aşağıdakı maddə və paraqraflarda təsbit olunmuş öhdəliklərlə bağlı olmalarının müəyyən edilməsi öhdəliyini götürürlər.

Maddə 1. Əmək hüququ

Əmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) tam məşğulluğun əldə olunması məqsədilə mümkün qədər yüksək və sabit məşğulluq səviyyəsinə nail olunmasını və onun saxlanılmasını öz əsas məqsəd və öhdəliklərindən biri kimi qəbul etmək;

2) işçinin sərbəst seçdiyi iş vasitəsi ilə öz yaşayışı üçün qazanc əldə etmək hüququnu səmərəli qorumaq;

3) bütün işçilər üçün pulsuz məşğulluq xidmətlərini yaratmaq və ya saxlamaq;

4) müvafiq peşə yönümünü, hazırlığı və bərpasını təmin etmək və ya inkişaf etdirmək.

Maddə 2. Ədalətli əmək şəraiti hüququ

Ədalətli əmək şəraiti hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) ağlabatan iş günü və iş həftəsini nəzərdə tutmaq, habelə məhsuldarlıq artımının və digər müvafiq amillərin imkan verdiyi dərəcədə iş həftəsini tədricən azaltmaq;

2) ödənişli bayram günlərini təyin etmək;

3) ən azı dörd həftəlik ödənişli illik məzuniyyətin verilməsini təmin etmək;

4) təhlükəli və sağlamlıq üçün zərərli işlərlə əlaqədar təhlükələri aradan qaldırmaq, habelə belə təhlükələrin aradan qaldırılması və ya kifayətedici dərəcədə azaldılması hələ mümkün olmadıqda, belə işlərə cəlb olunan işçilər üçün iş vaxtının azaldılmasını və ya əlavə ödənişli məzuniyyəti nəzərdə tutmaq;

5) müvafiq ölkə və ya bölgənin adət və ənənəsinə görə istirahət günü kimi tanınmış həftə günü ilə imkan dərəcəsində üst-üstə düşən hər həftə üçün istirahət dövrü ayırmaq;

6) əmək müqaviləsinin və ya əmək münasibətlərinin mühüm cəhətləri haqqında işçilərə mümkün qədər tez və ya hər halda onların muzdlu işinin başlanmasından iki ay müddətindən gec olmayaraq, məlumat verməyi təmin etmək;

7) gecə əməyinin xüsusiyyətini nəzərə alan imtiyazları işçilərin almasını təmin etmək.

Maddə 3. Təhlükəsiz və sağlam əmək şəraiti hüququ

Təhlükəsiz və sağlam əmək şəraiti hüququnu səmərəli surətdə təmin etmək məqsədilə Tərəflər işəgötürənlər və işçi təşkilatları ilə məsləhətləşmələr aparmaqla, aşağıdakı öhdəlikləri götürürlər:

1) Əmək və istehsalat mühitinin qorunması və sağlam şərait məsələləri üzrə ardıcıl milli siyasəti dürüst ifadə etmək, həyata keçirmək və ona vaxtaşırı yenidən baxmaq. Bu siyasətin ən başlıca məqsədi əməyin qorunması və gigiyenasını iş əsnasında baş verən bədbəxt hadisələrin və sağlamlığa vurulan zərərin və yaxud işlə bağlı risklərin, ən əsası, istehsal mühitinə xas olan risklərin səbəblərini minimuma endirmək yolu ilə yaxşılaşdırmaq olmalıdır;

2) əmək şəraitinin təhlükəsizlik və sağlamlıq qaydalarını nəşr etmək;

3) bu kimi qaydaların tətbiqi üzrə nəzarət üçün tədbirlər görmək;

4) bütün işçiləri əhatə edən, hər şeydən əvvəl, məsləhət və profilaktik funksiyaları daxil etməklə, əmək mühafizəsi və sağlamlıq xidmətlərinin mütərəqqi inkişafına dəstək vermək.

Maddə 4. Əməyin ədalətli ödənilməsi hüququ

Əməyin ədalətli ödənilməsi hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanımaq;

2) xüsusi hallar istisna edilməklə, işçilərin iş vaxtından artıq gördükləri işə görə əməyin daha yüksək dərəcədə ödənilməsi hüququnu tanımaq;

3) işçi kişi və qadınların bərabər həcmli əməyinin bərabər ödənilməsi hüququnu tanımaq;

4) bütün işçilərin əmək münasibətlərinin xitam edilməsi haqqında bildirişin ağlabatan müddətdə verilməsi hüququnu tanımaq;

5) maaşdan tutulmalara yalnız milli qanunvericilikdə və ya qaydalarda nəzərdə tutulmuş, yaxud kollektiv müqavilələr və ya arbitraj qərarları iləəyyən edilmiş şərtlərlə və dərəcədə icazə vermək.

Bu hüquqların həyata keçirilməsinə sərbəst şəkildə bağlanmış kollektiv müqavilələr vasitəsilə, qanunda maaşların müəyyən edilməsi ilə və ya milli şəraitlərə uyğun digər vasitələrlə nail olunur.

Maddə 5. Təşkilatlanma hüququ

İşçilərin vəəgötürənlərin öz iqtisadi və sosial maraqlarının müdafiəsi üçün yerli, milli və ya beynəlxalq təşkilatlar yaratmaq və bu təşkilatlara daxil olmaq azadlığının təmin edilməsi və ya dəstəklənməsi məqsədilə Tərəflər öhdələrinə götürürlər ki, milli qanunvericilik və onun tətbiq edilməsi bu azadlıqları məhdudlaşdırmayacaqdır. Bu maddədə nəzərdə tutulmuş təminatların polisə tətbiq edilməsi dərəcəsi milli qanunvericilik və ya qaydalarda müəyyən edilir. Bu təminatların silahlı qüvvələrin üzvlərinə tətbiqini tənzimləyən prinsip və bu kateqoriyalı şəxslərə tətbiq edilməsi dərəcəsi, həmçinin milli qanunvericilikdə və ya qaydalarda müəyyən olunur.

Maddə 6. Kollektiv müqavilələr bağlamaq hüququ

Kollektiv müqavilələr bağlamaq hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) işçilər vəəgötürənlər arasında birgə məsləhətləşmələr aparılmasına yardım etmək;

2) kollektiv müqavilələr vasitəsilə işin şərtlərini və şəraitini tənzimləmək məqsədilə zəruri və müvafiq hallarda kollektiv müqavilələr vasitəsiləəgötürənlər və ya işəgötürənlər təşkilatları ilə işçi təşkilatları arasında könüllü danışıqlar mexanizmini dəstəkləmək;

3) əmək mübahisələrinin tənzimlənməsi üçün müvafiq barışıq və könüllü arbitraj mexanizmlərinin yaradılmasını və istifadə olunmasını dəstəkləmək; və

4) maraqların toqquşması hallarında işçilərin vəəgötürənlərin əvvəlcədən bağlanmış kollektiv müqavilələrdən irəli gələ biləcək öhdəliklərə riayət etmək şərti ilə kollektiv fəaliyyət hüququnu, o cümlədən tətil etmək hüququnu tanıyırlar.

Maddə 7. Uşaqların və gənclərin müdafiə hüququ

Uşaqların və gənclərin müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) uşaqların sağlamlığına, mənəviyyatına və ya təhsilinə xələl gətirməyən nəzərdə tutulmuş yüngül işlərə götürülməsi şərtilə, işəgötürmənin aşağı yaş həddini 15 yaş müəyyən etmək;

2) təhlükəli və ya sağlamlıq üçün zərərli sayılan işlərə münasibətdəəgötürmənin aşağı yaş həddini 18 yaş müəyyən etmək;

3) məcburi təhsil alan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməməsini müəyyən etmək;

4) 18 yaşına qədər şəxslərin iş gününün onların inkişafının tələbatına, xüsusilə peşə hazırlığı tələbatına müvafiq olaraq məhdudlaşdırılmasını müəyyən etmək;

5) gənc işçilərin və şagirdlərin ədalətli maaş və ya digər müvafiq müavinətlər almaq hüququnu tanımaq;

6) işəgötürənin razılığı ilə gənc işçilərin peşə hazırlığına normal iş saatlarında ayrılan vaxtın iş gününün bir hissəsi sayılmasını müəyyən etmək;

7) 19 yaşınadək işləyən şəxslərin ən azı dörd həftəlik ödənişli illik məzuniyyət hüququnu müəyyən etmək;

8) 18 yaşınadək olan şəxslərin, milli qanunvericilikdə və ya qaydalarda nəzərdə tutulmuş müəyyən iş növləri istisna olmaqla, gecə işlərində məşğul olmamasını müəyyən etmək;

9) milli qanunvericilikdə və ya qaydalarda nəzərdə tutulmuş müəyyən işlərdə məşğul olan 18 yaşınadək şəxslərin müntəzəm tibbi müayinədən keçmələrini müəyyən etmək;

10) uşaqların və gənclərin məruz qala biləcəkləri fiziki və mənəvi təhlükələrdən, xüsusilə onların işindən bilavasitə və ya dolayısı ilə irəli gələn təhlükələrdən xüsusi müdafiəsini təmin etmək.

Maddə 8. İşləyən qadınların analığının qorunması hüququ

İşləyən qadınların analığının qorunması hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) işləyən qadınlara doğuşdan əvvəl və sonra 14 həftədən az olmayan ümumi müddətə ödənişli məzuniyyətin, yaxud müvafiq sosial müavinətlər vasitəsilə, yaxud ictimai fondlardan müavinətlər vasitəsilə məzuniyyətin verilməsini müəyyən etmək;

2) qadını işdən azad etmə barədə bildirişin qadının işəgötürənə öz hamiləliyi barədə bildirdiyi vaxtdan hamiləlik məzuniyyətinin qurtarmasına qədər müddətdəəgötürən tərəfindən verilməsini qeyri-qanuni hesab etmək;

3) uşaqlarını əmizdirən anaların bu məqsədlə kifayət qədər fasilələr almaq hüququnu müəyyən etmək;

4) hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların gecə vaxtı işləməsini tənzimləmək;

5) hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqların əmizdirən anaların yeraltı mədənlərdə və təhlükə, sağlamlıq və ağırlıq baxımından yararlı olmayan digər işlərdə işləməsini qadağan etmək və belə qadınların əmək hüquqlarını müdafiə etmək üçün müvafiq tədbirləri həyata keçirmək.

Maddə 9. Peşə yönümü hüququ

Peşə yönümü hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bütün şəxslərə, o cümlədən əlillərə iş seçimi və inkişaf ilə bağlı problemləri, şəxsin xüsusiyyətləri və onların iş imkanlarına münasibəti nəzərə alınmaqla, kömək edəcək xidməti, lazım olduqda, müəyyən etmək və ya dəstəkləmək; belə yardım həm gənclər, o cümlədən məktəblilər, həm də həddi-büluğa çatmış şəxslər üçün pulsuz olmalıdır.

Maddə 10. Peşə hazırlığı hüququ

Peşə hazırlığı hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) Zərurət yarandığı dərəcədə vəəgötürənlər və işçilər təşkilatları ilə məsləhətləşərək əlillər daxil olmaqla, bütün şəxsləri texniki və peşə hazırlığı ilə təmin etmək və ya təmini üçün yardım etmək və müstəsna olaraq, şəxsi qabiliyyət meyarlarına əsaslanaraq, ali texniki və universitet təhsilini mümkün edən vəsaitlərlə təmin etmək;

2) iş yerinə görə müxtəlif ixtisaslar üzrə oğlan və qızların peşə hazırlığının şagirdlik və ya digər sistemlərini yaratmaq və ya inkişafına dəstək vermək;

3) zərurət yarandıqda, aşağıdakılarla təmin etmək və ya onları inkişaf etdirmək:

a) yaşlı işçilər üçün peşə hazırlığı məqsədilə yetərli və asanlıqla əldə edilən vəsaitlər;

b) yaşlı işçilərin yenidən peşə hazırlığı məqsədilə texniki tərəqqi tələbatlarının və məşğulluq sahəsində olan yeni meyllərin doğurduğu xüsusi vəsaitlər;

4) uzun müddətdən bəri işsiz olanların yenidən hazırlığı və istehsal prosesinə cəlb edilməsi məqsədilə xüsusi tədbirlər görmək və ya bu sayaq tədbirlərin görülməsinə dəstək vermək;

5) aşağıda göstərilən zəruri tədbirlər hesabına mövcud imkanların maksimal istifadəsini həvəsləndirmək:

a) hər bir təhsil haqqının azaldılması və ya ləğv edilməsi;

b) uyğun hallarda maliyyə yardımının göstərilməsi;

c) işçilərin öz işəgötürəninin xahişilə muzdlu iş ərzində keçdikləri əlavə peşə hazırlığına sərf etdikləri vaxtlarının normal iş saatlarına daxil edilməsi;

d) işəgötürənlərin və işçilərin təşkilatları ilə məsləhətləşmə yolu ilə həyata keçirilən zəruri nəzarət vasitəsilə şagirdlik və hər hansı digər sistemin səmərəli təşkili və bütövlükdə gənc işçilərin lazımi müdafiəsinin təmin edilməsi.

Maddə 11. Sağlamlığın qorunması hüququ

Sağlamlığın qorunması hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bilavasitə, yaxud dövlət və ya özəl təşkilatlarla əməkdaşlıqda inter alia aşağıdakılara yönəldilmiş müvafiq tədbirləri həyata keçirmək öhdəliyini götürürlər:

1) xəstəliklərin səbəblərini mümkün qədər aradan qaldırmaq;

2) sağlamlığın dəstəklənməsi və səhiyyə məsələlərində şəxsi məsuliyyətin həvəsləndirilməsi üçün məsləhət və təhsil xidmətlərini müəyyən etmək;

3) epidemik, endemik və digər xəstəliklərin və həmçinin bədbəxt hadisələrin mümkün qədər qarşısını almaq.

Maddə 12. Sosial təminat hüququ

Sosial təminat hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) sosial təminat sistemini yaratmaq və onu saxlamaq;

2) sosial təminat sistemini qənaətbəxş səviyyədə, Avropa sosial təminat məcəlləsinin təsdiqi üçün tələb olunan minimal səviyyədə saxlamaq;

3) sosial təminat sisteminin tədricən daha yüksək səviyyəyə qaldırılmasına nail olmaq;

4) müvafiq ikitərəfli və çoxtərəfli sazişlər bağlamaqla və yaxud digər vasitələrlə və bu razılaşmalarda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla, aşağıdakıları təmin etmək üçün tədbirlər görmək:

a) müdafiə edilən şəxsin Tərəflərin əraziləri arasında hər hansı bir yerdəyişməsindən asılı olmayaraq, sosial təminat qanunvericiliyinin nəzərdə tutduğu üstünlüklərin saxlanmasını daxil etməklə, sosial təminat hüququna aidiyyəti olan məsələlərdə öz vətəndaşları və digər Tərəflərin vətəndaşları üçün eyni rejimin yaradılmasını;

b) Tərəflərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilən sığorta və ya iş stajı dövrlərinin toplanaraq cəmlənməsi kimi vasitələrlə sosial təminat hüququnun verilməsi, saxlanılması və bərpa edilməsini.

Maddə 13. Sosial və tibbi yardım hüququ

Sosial və tibbi yardım hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) yaşamaq üçün kifayət qədər vəsaitləri olmayan və bu vəsaitləri nə özünün şəxsi səyləri nəticəsində əldə etmək, nə də digər mənbələrdən almaq iqti-darında olmayan hər bir şəxsə sosial təminat sistemi çərçivəsində ödənişlər hesabına müvafiq yardım etmək, xəstələnmə hallarında isə onun vəziyyətində lazım olan qulluğu göstərmək;

2) bu cür yardımdan bəhrələnən şəxslərin, məhz buna görə, siyasi və sosial hüquqlarının pozulmamasını təmin etmək;

3) hər bir insanın müvafiq dövlət və ya özəl xidmətlərin vasitəsi və vasitəçiliyi ilə şəxsən özünün və ailəsinin maddi ehtiyaclarını aradan qaldırmaq və ya yüngülləşdirmək məqsədilə tələb oluna bilən məsləhət və fərdi yardım almasını nəzərdə tutmaq;

4) 1953-cü il dekabrın 11-də Parisdə imzalanmış Sosial və tibbi yardımlar haqqında Avropa Konvensiyasına əsasən öz öhdəliklərinə uyğun, qanuni olaraq onların ərazisində olan (yerləşən) digər Tərəflərin vətəndaşlarına öz vətəndaşlarına tətbiq edilən şərtlərlə bu maddənin 1, 2 və 3-cü bəndlərində göstərilən müddəaları tətbiq etmək.

Maddə 14. Sosial rifah xidmətlərindən faydalanmaq hüququ

Sosial rifah xidmətlərindən faydalanmaq hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) ictimai iş üsullarından istifadə edərək, cəmiyyətdə şəxslərin və qrupların rifahına və inkişafına, həmçinin onların sosial mühitə uyğunlaşmasına kömək edən xidmətləri dəstəkləmək və ya nəzərdə tutmaq;

2) belə xidmətlərin yaradılması və fəaliyyət göstərməsində ayrı-ayrı şəxslərin və həmçinin könüllü və ya digər təşkilatların iştirakını həvəsləndirmək.

Maddə 15. Əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ

Yaşından, əlilliyin təbiəti və məəyindən asılı olmayaraq, əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququnun səmərəli surətdə həyata keçirilməsi məqsədilə Tərəflər xüsusilə aşağıdakı öhdəlikləri götürürlər:

1) əlil şəxsləri zəruri oriyentasiya, təhsil və peşə hazırlığı ilə təmin etmək məqsədilə mümkün olan zaman müvafiq ümumi sistemlər çərçivəsində, mümkün olmayan zaman isə, xüsusiləşdirilmiş dövlət və ya özəl müəssisələr vasitəsilə lazımi tədbirlər görmək;

2) əlil şəxslərin məşğulluğuna və adi iş mühitində saxlanılmasına və əgər onların şikəstliyi səbəbindən bu qeyri-mümkündürsə, o zaman əmək şəraitinin belə şəxslərin imkanlarına görə onların fiziki və əqli çatışmazlıq dərəcəsinə müvafiq olaraq, onlar üçün nəzərdə tutulmuş məşğulluq növlərinin yaradılması yolu ilə uyğunlaşdırılmağına sahibkarları həvəsləndirən hər cür mümkün tədbirlər köməyi ilə fiziki və əqli şikəstliyi olan şəxslərin məşğulluğunu asanlaşdırmaq. Müəyyən hallarda belə tədbirlərin həyata keçirilməsində xüsusiləşdirilmiş işlə təmin və yardım xidməti tələb oluna bilər;

3) belə şəxslərin tam sosial inteqrasiyasına və onların cəmiyyət həyatında iştirakına, o cümlədən onların təmas və hərəkətlərini məhdudlaşdıran maneələrin aradan qaldırılmasına imkan yaradan və nəqliyyat, yaşayış, mədəni fəaliyyət və tamdəyərli asudəliyə yol açan texniki vəsaitlərin verilməsi yolu ilə dəstək vermək.

Maddə 16. Ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ

Cəmiyyətin əsas özəyi olan ailənin tam inkişafı üçün zəruri şəraitin təmin edilməsi məqsədilə Tərəflər, sosial və ailə müavinətləri, vergi güzəştləri, ailə ehtiyaclarına uyğun yaşayış yerlərinin nəzərdə tutulması, gənc ailələr üçün güzəştlər və digər müvafiq tədbirlər vasitəsilə ailə həyatının iqtisadi, hüquqi və sosial müdafiəsini dəstəkləmək öhdəliyini götürürlər.

Maddə 17. Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ

Şəxsiyyətin tam inkişafına dəstək verən şəraitdə uşaqların və gənclərin tərbiyə almaq hüququnun səmərəli surətdə həyata keçirilməsi məqsədilə Tərəflər bilavasitə və yaxud dövlət və ya özəl təşkilatların əməkdaşlığı ilə aşağıdakılar üçün bütün lazımi və zəruri tədbirlərin görülməsi öhdəliyini götürürlər:

1)

a) valideynlərinin hüquq və öhdəliklərini nəzərə almaqla uşaq və gənclərin onlara zəruri olan qayğı, yardım, təhsil və peşə hazırlığı almasını, o cümlədən bunun üçün yetərli və adekvat olan müəssisə və xidmətlərin yaradılması və yaxud dəstəklənməsi yolu ilə təmin etmək;

b) uşaq və gəncləri nəzarətsizlik, zorakılıq və istismardan qorumaq;

c) müvəqqəti və ya həmişəlik olaraq öz ailələrinin dəstəyini itirmiş uşaq və gənclərin müdafiəsini və xüsusi yardımını dövlət tərəfindən təmin etmək;

2) uşaq və gəncləri pulsuz ibtidai və orta təhsillə təmin etmək, həmçinin sabit məktəb davamiyyətinə yardım etmək.

Maddə 18. Digər Tərəflərin ərazisində gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququ

Digər Tərəfin ərazisində gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) qüvvədə olan qanunvericiliyi liberal ruhda tətbiq etmək;

2) mövcud formallığı sadələşdirmək və əcnəbi fəhlələr və ya onların işəgötürənlərindən yığılan gerb rüsumu və digər yığımları azaltmaq və ya ləğv etmək;

3) əcnəbi işçilərin məşğulluğunu tənzimləyən qanunvericiliyi fərdi və ya kollektiv əsaslarla liberallaşdırmaq;

və:

4) digər Tərəfin ərazisində gəlir gətirən fəaliyyətlə məşğul olmaq məqsədilə öz vətəndaşlarının ölkəni tərk etmək hüququnu tanımaq.

Maddə 19. Əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ

Əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququnun hər hansı bir Tərəfin ərazisində səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1) bu cür işçilərə, xüsusilə dəqiq məlumatın alınmasında, yardım göstərilməsi üçün adekvat və pulsuz xidmətləri saxlamaq və ya onların mövcudluğuna əmin olmaq və emiqrasiya və immiqrasiya məsələlərinə dair yanlış təbliğatın aparılmasına qarşı milli qanunvericiliyin və qaydaların imkan verdiyi dərəcədə bütün zəruri tədbirləri görmək;

2) öz yurisdiksiyası çərçivəsində bu sayaq işçilərin və onların ailələrinin çıxıb getməsini, səfərini və qəbulunu asanlaşdırmaq üçün müvafiq tədbirlər görmək və səfər zamanı öz yurisdiksiyası çərçivəsində onları zəruri sanitar və tibbi xidmətlərlə və həmçinin yaxşı gigiyena şəraiti ilə təmin etmək;

3) məqsədəuyğun sayıldıqda, emiqrasiya və immiqrasiya ölkələrinin dövlət və özəl sosial xidmətlərinin əməkdaşlığına dəstək vermək;

4) bu məsələlərin qanunlar və ya qaydalarla tənzimlənən və yaxud inzibati hakimiyyətin səlahiyyətlərinə daxil edilən dərəcədə qanuni surətdə onların ərazisində olan əmək miqrantlarına öz vətəndaşlarına yaradılan rejimdən pis olmayan əlverişli rejimi aşağıda göstərilən sahələrdə təmin etmək:

a) muzd və əməyin mükafatlandırılması və digər şərtlər;

b) həmkarlar ittifaqlarına üzvlük və kollektiv müqavilələrin verdiyi üstünlüklərdən istifadə;

c) yaşayış yeri;

5) qanuni surətdə ərazilərində olan əmək miqrantlarına muzdlu işçilərdən tutulan vergi və yığımları çıxma məbləğlərinə aid məsələlərdə öz vətəndaşlarına yaratdığı rejimdən heç də az əlverişli olmayan rejimin yaradılmasını təmin etmək;

6) öz ərazilərində məskunlaşmalarına icazə verilmiş əmək miqrantlarının ailələrinin birləşməsinə maksimum mümkün dərəcədə dəstək vermək;

7) qanuni surətdə ərazilərində olan əmək miqrantlarına bu maddədə adı çəkilən məsələlər üzrə məhkəmə instansiyalarına müraciət imkanına aid məsələlərdə öz vətəndaşlarına yaratdığı rejimdən heç də az əlverişli olmayan rejimin yaradılmasını təmin etmək;

8) qanuni surətdə ərazilərində olan əmək miqrantlarının milli təhlükəsizliyə təhlükə yaratma və yaxud ictimai asayiş və ya mənəviyyata zərər vurma halları istisna edilməklə, onların qovulmaya məruz qalmamasına təminat vermək;

9) əmək miqrantlarının qanunla icazə verilən hüdudlar çərçivəsində öz qazanc və qənaətlərinin istədikləri hər hansı bir qismini göndərmələrinə icazə vermək;

10) özünüməşğul miqrantlara bu maddənin nəzərdə tutduğu müdafiə və yardımı tətbiq edilə bilən həcmdə şamil etmək;

11) əmək miqrantları qəbul edən dövlətin milli dilinin və əgər belə dillər bir neçədirsə, o zaman onlardan birinin tədrisini təşviq etmək və bu tədrisə dəstək vermək;

12) praktiki olaraq, mümkün dərəcədə əmək miqrantlarının övladları tərəfindən valideynlərinin doğma dilinin tədrisini təşviq etmək və bu tədrisə kömək göstərmək.

Maddə 20. Cinsindən asılı olmayaraq, məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququ

Cinsindən asılı olmayaraq, məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bu hüququn tanınması və aşağıdakı sahələrdə həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlərin görülməsi öhdəliyini götürürlər:

a) işə daxil olmaq mümkünlüyü, işdən kənarlaşdırmadan və peşə reinteqrasiyasından müdafiə;

b) peşə yönümü, peşə hazırlığı, təkrar peşə hazırlığı və reabilitasiya;

c) iş şərtləri və şəraiti, o cümlədən əməyin ödənilməsi;

d) işdə yüksəlməyi daxil etməklə, karyera inkişafı.

Maddə 21. Məlumat və məsləhət hüququ

İşçilərin müəssisə çərçivəsində məlumat almaq və onlarla məsləhətləşmə aparmaq hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər milli qanunvericiliyə və təcrübəyə müvafiq olaraq işçilərə və onların nümayəndələrinə aşağıdakılara imkan verən tədbirlərin görülməsi öhdəliyini götürürlər:

a) müəssisəyə zərər vura biləcək müəyyən məlumatın açıqlanmasından imtina edilməsi və ya onun məxfiləşdirilməsi mümkünlüyünü nəzərə alaraq, onları işə götürən müəssisənin iqtisadi və maliyyə vəziyyəti barədə müntəzəm şəkildə və ya müvafiq vaxtda və aydın şəkildə məlumat almaq; və

b) işçilərin maraqlarına əsaslı şəkildə toxuna biləcək, xüsusiləəssisədə məşğulluq vəziyyətinə vacib təsir göstərə biləcək qərar layihələri barədə əvvəlcədən məsləhətləşmək.

Maddə 22. Əmək şəraiti və iş mühitinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində iştirak etmək hüququ

İşçilərin müəssisədə əmək şəraiti və iş mühitinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində iştirak etmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər milli qanunvericiliyə və praktikaya müvafiq olaraq, işçilərə və ya onların nümayəndələrinə aşağıdakılarda iştirak etmək imkanı verən tədbirlərin görülməsi və yaxud təşviq edilməsi öhdəliyini götürürlər:

a) əmək şəraitinin, əməyin təşkili və iş mühitinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi;

b) müəssisədə sağlamlığın və təhlükəsizliyin qorunması;

c) müəssisədə sosial və sosial-mədəni xidmətlərin təşkili və müvafiq şəraitin yaradılması;

d) bu müəssisələr üzrə qaydalara riayət olunması üzərində nəzarət edilməsi.

Maddə 23. Ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ

Ahıl insanların sosial müdafiə hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bilavasitə və ya dövlət və özəl qurumlarla əməkdaşlıq edərək lazımi, o cümlədən aşağıdakılara yönəlmiş tədbirlərin görülməsini və yaxud təşviqi üçün aşağıdakı öhdəlikləri götürürlər:

a) onlara layiqli həyat sürməyə və dövlət, ictimai və mədəni həyatda fəal rol oynamağa imkan verən yetərli vəsaitləri;

b) ahıl adamlar üçün mövcud olan xidmət və güzəştlər haqqında və onların bu xidmətlərdən istifadə imkanları haqqında olan informasiyanı;

a) onların tələbat və sağlamlıq durumuna uyğun yaşayış yerlərinin verilməsi və yaxud ehtiyaclarına uyğun olaraq onların yaşadıqları yerlərin yenidən avadanlıqla təchiz edilməsində kömək göstərməklə;

b) onların sağlamlığına qayğı ilə, sağlamlıq durumuna uyğun tibbi və digər xidmətlərlə;

Maddə 24. Əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququ

İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər:

a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilməməsi hüququ;

b) qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ.

Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər.

Maddə 25. İşəgötürənin ödəmə qabiliyyəti olmadığı təqdirdə işçilərin öz qanuni iddialarını müdafiə hüququ

İşəgötürənin ödəmə qabiliyyəti olmadığı təqdirdə, işçilərin öz qanuni iddialarını müdafiə hüququnu səmərəli surətdə həyata keçirmək məqsədilə Tərəflər işçilərin əmək müqavilələrindən və yaxud əmək münasibətlərindən irəli gələn iddialarını uyğun olaraq zəmanət qurumları, yaxud müdafiənin hər hansı bir digər təsirli forması ilə təmin etmək öhdəliyini götürürlər.

Maddə 26. İş yerində ləyaqəti qorumaq hüququ

Bütün işçilərin iş yerində ləyaqəti qorumaq hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər işəgötürənlər və işçi təşkilatları ilə məsləhətləşmələr apararaq aşağıdakı öhdəlikləri götürürlər:

1. iş yerində və ya işlə bağlı seksual təqib barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək;

2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daim çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

Maddə 27. Ailə öhdəlikləri olan işçilərin bərabər imkanlar və bərabər rəftar hüququ

Ailə öhdəlikləri olan kişi və qadın işçilərin, həmçinin bu işçilərlə digər işçilər arasında bərabər imkanlar və rəftar hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

1. aşağıdakılar üçün müvafiq tədbirlər görmək:

a) ailə öhdəlikləri olan işçilərəə girmək və işini qoruyub saxlamaq, həmçinin peşə yönümü və peşə hazırlığı sahəsində görülən tədbirləri nəzərə almaqla, ailə öhdəliklərinin doğurduğu fasilədən sonra işə yenidən başlamaq imkanı vermək;

b) onların əmək şəraitinə və sosial təminata dair tələbatları;

c) dövlət və özəl sosial xidmətlərini, o cümlədən uşaq bağçaları və digər uşaq müəssisələrini inkişaf etdirmək və yaxud onların inkişafına dəstək vermək;

2. hamiləlik və doğum üzrə məzuniyyətdən sonra körpəyə qulluq məqsədilə valideynlərdən hər hansı birinin, müddət və şərtləri milli qanunvericilik, kollektiv müqavilə və ya təcrübə iləəyyən edilməli məzuniyyət almasını təmin etmək;

3. ailə öhdəliklərinin öz-özlüyündə məşğulluğun dayandırılmasına üzürlü səbəb kimi xidmət etməməsini təmin etmək.

Maddə 28. Müəssisələrdə işçi nümayəndələrinin müdafiə və güzəştlər hüququ

İşçi nümayəndələrinin öz funksiyalarını yerinə yetirmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər müəssisələrdə aşağıdakıların işçi nümayəndələri tərəfindən müdafiə edilməsinə nail olmağı öhdəlik kimi götürürlər:

a) həmin müəssisədə onların statusu və ya fəaliyyəti əsasında işçi nümayəndələri qismində işdən çıxarılma daxil olmaqla, onlara qarşı yönəldilən hərəkətlərdən səmərəli müdafiənin tətbiqi;

b) konkret ölkənin əmək münasibətləri sisteminin və həmçinin müəssisənin tələbat, ölçü və imkanlarının hesaba alınması ilə öz funksiyalarını əməli və təsirli yerinə yetirmələri üçün onlara lazımi vəsait və imkanların verilməsi.

Maddə 29. Ştat ixtisarı üzrə kollektiv surətdə işdən çıxarılma zamanı işçilərin məlumatlandırılması və onlarla məsləhətləşmək hüququ

Ştat ixtisarı üzrə kollektiv işdən çıxarılma hallarında işçilərin məlumatlandırılması və onlarla məsləhətləşmələr aparılması hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər işəgötürənlər tərəfindən işçi nümayəndələrinə qarşıda gözlənilən bu qəbil işdən çıxarılmalar haqqında məlumat verilməsi və o cümlədən, işdən çıxarılmaqla paralel olaraq, məsələn, işdən çıxarılan işçilərin yenidən işlə təmin olunmasına və yaxud onların yeni peşə hazırlığına dəstək verməyə yönəldilən sosial tədbirlərin görülməsi yolu bu cür işdən çıxarılmaların miqyaslarını məhdudlaşdırmağa və nəticələrini yumşaltmağa imkan verən yollar və vasitələr barəsində məsləhətləşmələr aparılmasını təmin etmək öhdəliyini götürürlər.

Maddə 30. Yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ

Yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

a) vahid və koordinasiya edilmiş yanaşma çərçivəsində sosial təcridolunma və yoxsulluq şəraitində məşğulluğu, yaşayış yerini, mədəniyyəti və həmçinin sosial və tibbi yardımı mümkün edən tədbirlər görmək;

b) zərurət yarandıqda, dəyişilən şərtlərə uyğunlaşmaq məqsədilə bu tədbirlərə yenidən baxmaq.

Maddə 31. Yaşayış yeri hüququ

Yaşayış yeri hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakılara yönəldilmiş tədbirlərin görülməsi üçün aşağıdakı öhdəlikləri götürürlər:

1) lazımi tələblərə cavab verən yaşayış yerinin mümkünlüyünə dəstək vermək;

2) evsizliyin qarşısının alınması və tədricən aradan götürülməsi məqsədilə onun miqyaslarını azaltmaq;

3) kifayət qədər vəsaitləri olmayan insanlar üçün yaşayış yerinin qiymətini əlçatan etmək.

III hissə

Maddə A. Öhdəliklər

1. Aşağıdakı B maddəsinin müddəalarını nəzərə almaqla, Tərəflərin hər biri aşağıdakı öhdəlikləri götürür:

a) yuxarıda adı çəkilən hissənin giriş bəndində qeyd edildiyi kimi, bu Xartiyanın I hissəsinə özünün bütün müvafiq vasitələrlə nail olmağa çalışacağı məqsədlərin bəyannaməsi kimi baxmaq;

b) bu Xartiyanın II hissəsinin doqquz maddəsindən 1, 5, 6, 7, 12, 13, 16, 19 və 20 ən azı altısını özü üçün məcburi hesab etmək;

c) əlavə seçdiyi bu Xartiyanın II hissəsinin maddə və ya nömrələnmiş bəndlərini özü üçün məcburi hesab etmək, bir şərtlə ki, məcburi sayılan maddə və nömrələnmiş bəndlərin ümumi sayı on altı maddədən və ya altmış üç nömrələnmiş bənddən az olmasın.

2. Bu maddənin 1-ci bəndinin «b» və «c» yarımbəndlərinə uyğun seçilmiş maddə və bəndlər Avropa Şurasının Baş katibinə ratifikasiya fərmanının və yaxud qəbul etmə və ya bəyənmə sənədinin saxlanılmaq üçün təqdim edildiyi zaman xəbər verilir.

3. Bu maddənin I bəndinin müddəalarına rəğmən Xartiyanın II hissəsinin hələ qəbul etmədiyi digər hər hansı bir maddəsini və yaxud nömrələnmiş bəndlərini özü üçün məcburi qüvvədə hesab etdiyini Tərəflərdən hər biri sonradan bildiriş vasitəsilə Baş katibə bəyan edə bilər. Bu cür qəbul edilən öhdəliklərə ratifikasiyanın, qəbul etmənin və ya bəyənmənin ayrılmaz tərkib hissəsi kimi baxılır və bildiriş tarixindən sonra gələn ayın ilk günündən başlayaraq onlar da o cür qüvvəyə malik olur.

4. Tərəflərdən hər biri öz milli şəraitinə uyğun olaraq əmək müfəttişliyi sisteminə malikdir.

Maddə B. Avropa Sosial Xartiyası və 1988-ci ilin əlavə protokolu ilə əlaqələr

1. Avropa Sosial Xartiyası və ya 1988-ci il 5 may tarixli Protokolun heç bir Tərəfi bu Xartiyanı ratifikasiya, qəbul edə bilməz və yaxud bəyənə bilməz, o vaxtadək ki, o, Avropa Sosial Xartiyasının, zərurət yarandıqda isə onun əlavə Protokolunun müddəalarına uyğun müddəaların özü üçün məcburi qüvvədə olduğunu hesab etsin.

2. Bu Xartiyanın hər hansı müddəasına uyğun öhdəliklərin qəbul edilməsi o deməkdir ki, bu öhdəliklərin uyğun Tərəf üçün qüvvəyə mindiyi andan həmin Tərəfə aid Avropa Sosial Xartiyasının, zərurət yarandığı halda isə onun 1988-ci il Əlavə Protokolunun müvafiq öhdəliklərinin, həmin Tərəf bu sənədlərdən birincisinin və yaxud hər ikisinin özü üçün məcburi qüvvədə qalmasını lazım hesab etdiyi andan təsir qüvvəsini itirir.

IV hissə

Maddə C. Bu Xartiyanın tərkibində olan öhdəliklərin həyata keçirilməsi üzərində nəzarət

Bu Xartiyanın tərkibində olan hüquqi öhdəliklərin həyata keçirilməsinə Avropa Sosial Xartiyasında olduğu kimi nəzarət edilməlidir.

Maddə D. Kollektiv şikayətlər

1. Kollektiv şikayətlərin verilmə sistemini nəzərdə tutan Avropa Sosial Xartiyasının Əlavə Protokolunun müddəaları həm də qeyd edilən Protokolu ratifikasiya etmiş dövlətlər üçün bu Xartiyanın müəyyən etdiyi öhdəliklərə aid tətbiq edilir.

2. Kollektiv şikayətlərin verilmə sistemini nəzərdə tutan Avropa Sosial Xartiyasının Əlavə Protokolunu özü üçün məcburi qüvvədə olduğunu hesab etməyən hər hansı bir dövlət öz ratifikasiya fərmanını və ya qəbul, yaxud bəyənmə sənədini saxlanılmaq üçün təqdim etdiyi zaman Avropa Şurası Baş katibinin adına ünvanlanmış bildiriş vasitəsilə qeyd edilən Protokolda nəzərdə tutulmuş prosedura uyğun olaraq, Xartiya üzrə öhdəliklərə riayət edilməsi üzərində nəzarət qaydasını qəbul etməsini bəyan edir.

V hissə

Maddə E. Ayrı-seçkilik edilməməsi

Bu Xartiyada ifadə edilmiş hüquqların yerinə yetirilməsi irqi mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, dilinə, dini, siyasi və digər məsləkinə, sağlamlığına, hər hansı milli mənsubiyyətinə, doğma və ya digər status əlamətlərinə görə ayrı-seçkilik qoymadan təmin edilir.

Maddə F. Müharibə və yaxud milli təhlükə hallarında öhdəliklərin yerinə yetirilməsindən geri çəkilmə

1. Müharibə və ya millətin həyatı üçün digər təhlükənin yarandığı hallarda, hər hansı bir Tərəf bu Xartiya üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən geri çəkilmək üçün yaranan vəziyyətlə bağlı zəruri həcmdə, bu ölçülərin onun beynəlxalq hüququn digər öhdəliklərinə zidd olmaması şərtilə, tədbirlər görür.

2. Hər hansı bir Tərəf öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən geri çəkilmə hüququndan istifadə edərək, məntiqəuyğun vaxt ərzində Avropa Şurasının Baş katibinə gördüyü tədbirlər və onların görülmə səbəbləri haqqında məlumat verir. O, həmçinin Baş katibə məlumat verməlidir ki, nə zaman bu tədbirlər öz təsirini dayandırır və qəbul etdiyi Xartiya müddəaları yenidən tam həcmdə yerinə yetirilməyə başlanır.

Maddə G. Məhdudiyyətlər

1. I hissədə verilmiş hüquq və prinsiplərin praktiki reallaşması və onların II hissədə nəzərdə tutulduğu kimi səmərəli surətdə həyata keçirilməsi, qanunun müəyyən etdiyi və demokratik cəmiyyətdə digər şəxslərin hüquq və azadlıqlarının və ya dövlət mənafeyinin, milli təhlükəsizliyin, ictimai sağlamlığın və mənəviyyatın qorunması üçün zəruri olan məhdudiyyətlər istisna olmaqla, bu hissələrdəəyyənləşdirilməyən heç bir digər məhdudiyyətlərə məruz qala bilməz.

2. Bu Xartiyanın özündə ifadə olunmuş hüquq və öhdəliklərə dair icazə verdiyi məhdudiyyətlər, əvvəlcədən nəzərdə tutulan məqsədləri çıxmaqla, digər məqsədlərə tətbiq edilməməlidir.

Maddə H. Xartiya və daxili hüquq və yaxud beynəlxalq razılaşmalar arasında münasibətlər

Xartiyanın müddəaları artıq qüvvəyə minmiş və ya qüvvəyə minə bilən və onun müdafiə etdiyi şəxslər üçün daha əlverişli ola bilən daxili hüququn, hər hansı ikitərəfli və ya çoxtərəfli müqavilə, konvensiya və ya çoxtərəfli müqavilələrin, konvensiyaların və razılaşmaların müddəaları zərərinə tətbiq edilə bilməz.

Maddə İ. Götürülmüş öhdəliklərin yerinə yetirilməsi

1. Həmin maddələrin nəzərdə tutduğu öhdəliklərin yerinə yetirilməsi üsullarına zərər vurmadan bu Xartiyanın II hissəsinin 1-31-ci maddələrinin uyğun müddəaları aşağıdakıların köməyi ilə yerinə yetirilir:

a) qanun və normativ aktların;

b) sahibkarlar və sahibkar təşkilatları ilə işçi təşkilatları arasında razılaşmaların;

c) yuxarıda qeyd edilən iki üsulun bu və ya digər uzlaşmasının;

d) digər münasib üsulların.

2. Bu Xartiyanın II hissəsinin 2-ci maddəsinin 1, 2, 3, 4, 5 və 7-ci bəndləri, 7-ci maddənin 4, 6 və 7-ci bəndləri, 10-cu maddənin 1, 2, 3 və 5-ci bəndləri və 21 və 22-ci maddələrdən irəli gələn öhdəliklərə riayət edilmə o zaman səmərəli sayıla bilər ki, bu müddəalar həmin maddənin 1-ci bəndinə uyğun olaraq müddəaların aid edildiyi işçilərin mütləq çoxluğuna tətbiq edilsin.

Maddə J. Düzəlişlər

1. Bu Xartiyanın təminat verdiyi hüquqların genişləndirilməsi məqsədilə həmin Xartiyanın I və II hissələrinə aid düzəlişlər və həmçinin hər hansı bir Tərəfin və ya Hökumət Komitəsinin təklif etdiyi III IV hissələrə aid düzəlişlər Avropa Şurası Baş katibinə göndərir, sonuncu isə onları bu Xartiyanın üzvü olan Tərəflərə göndərir.

2. Yuxarıda göstərilən bəndə müvafiq təklif edilən hər hansı bir düzəliş Hökumət Komitəsinin müzakirəsinə verilir, sonuncu isə qəbul edilmiş mətni Parlament Assambleyası ilə məsləhətləşmələr apardıqdan sonra bəyənilməsi üçün Nazirlər Komitəsinə göndərir.

3. Bu Xartiyanın I və II hissələrinə edilən hər hansı bir düzəliş, bu düzəlişi qəbul edən Tərəflər üçün, onun qəbulu haqqında üç Tərəfin Baş katibə xəbər verdiyi tarixdən keçən bir aylıq dövrün bitməsindən sonra gələn ilk gündə qüvvəyə minir.

Düzəlişi daha gec qəbul edən hər hansı bir Tərəf üçün, düzəliş, onun qəbulu haqda həmin Tərəfin Baş katibə xəbər verdiyi tarixdən bir aylıq dövrün bitməsindən sonra gələn ilk gündə qüvvəyə minir.

4. Bu Xartiyanın III VI hissələrinə edilən hər hansı bir düzəliş, onun qəbulu haqda bütün Tərəflərin Baş katibə xəbər verdiyi tarixdən keçən bir aylıq dövrün bitməsindən sonra gələn ilk gündə qüvvəyə minir.

VI hissə

Maddə K. İmzalanma, ratifikasiya və qüvvəyə minmə

1. Bu Xartiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və yaxud bəyənilməlidir.

Ratifikasiya fərmanları qəbul və yaxud bəyənmə barədə saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə təqdim edilir.

2. Bu Xartiya Avropa Şurasının üzvü olan üç dövlətin yuxarıda göstərilən maddəyə müvafiq olaraq, bu Xartiyanın onlar üçün məcburi qüvvədə olmasına razılıq bildirməli olduqları müddətdən bir aylıq dövr keçdikdən sonra gələn ayın ilk günü qüvvəyə minir.

3. Bu Xartiyanın onun üçün məcburi qüvvədə olmasına sonradan razılıq bildirən hər bir üzv dövlət üçün Xartiyanın qəbulu və ya bəyənilməsi haqda ratifikasiya fərmanını və yaxud sənədini saxlanılmaq üçün təqdim etdiyi müddətdən bir aylıq dövr keçdikdən sonra gələn ayın ilk günü qüvvəyə minir.

Maddə L. Ərazi tətbiqi

1. Bu Xartiya hər hansı bir Tərəfin metropoliya ərazisində tətbiq edilir. Xartiyanı imzalayan hər bir hökumət onun imzalanması və yaxud qəbulu və ya bəyənilməsi haqda ratifikasiya fərmanının və yaxud sənədinin saxlanılmaq üçün təqdimi zamanı Avropa Şurası Baş katibinin adına bu məqsədlə metropoliyanın ərazisi qismində baxılmalı olan ərazini göstərməklə, ərizə göndərə bilər.

2. Tərəflərin hər biri bu Xartiyanın imzalanması və yaxud qəbulu və ya bəyənilməsi haqda ratifikasiya fərmanının və yaxud sənədinin saxlanılmaq üçün təqdimi zamanı və yaxud bundan sonra hər hansı bir vaxt Avropa Şurası Baş katibinin adına bütövlükdə Xartiyanın və ya onun hər hansı hissəsinin təsirinin ərizədə göstərilən və onun beynəlxalq münasibətlərdə təmsil etdiyi, yaxud onlar üçün məsuliyyət daşıdığı ərazilərə və ya metropoliyadan kənar ərazilərə şamil edilməsi haqqında ərizə göndərə bilər. Ərizədə Xartiyanın II hissəsinin o maddə və bəndləri göstərilir ki, Tərəf onların ərizədə sadalanan ərazilərə aid məcburi qüvvədə olmasını qəbul edir.

3. Xartiyanın təsiri ərazidə və ya yuxarıda adı çəkilən ərizədə qeyd edilmiş ərazilərdə bu cür ərizə haqqında bildirişin Baş katib tərəfindən alındığı tarixdən bir aylıq dövr keçdikdən sonra gələn ayın ilk günündən başlayaraq yayılır.

4. Hər hansı bir Tərəf sonralar Avropa Şurasının Baş katibinin adına bildiriş göndərməklə, bu maddənin 2-ci bəndinə uyğun olaraq bu Xartiyanın təsirinin şamil edildiyi bir və ya çox ərazilərə aid bəyan edə bilər ki, həmin əraziyə və ya ərazilərə aid hələ ki, qəbul etmədiyi, rəqəmlə işarə edilmiş hər hansı bir maddə və ya bəndi məcburi qüvvəyə malik olması qismində qəbul edir. Bu cür öz üzərinə götürülmüş öhdəliklərə həmin ərazilərə dair ilk əvvəlki ərizənin tərkib hissəsi qismində baxılır və onlar bu cür bildirişin Baş katib tərəfindən alındığı tarixdən bir aylıq dövr keçdikdən sonra gələn ayın birinci günündən başlayaraq həmin həcmdə də təsir göstərir.

Maddə M. Etibarsız elan etmə

1. Hər hansı bir Tərəf bu Xartiyanı onun qüvvəyə mindiyi tarixdən beş il və yaxud sonradan gələn hər hansı bir iki illik dövr keçdikdən sonra və altı ay qabaq Avropa Şurasının Baş katibinə əvvəlcədən bildiriş göndərməklə, sonuncunun isə müvafiq olaraq bu haqda digər Tərəflərə məlumat verilməsi yolu ilə ləğv edə bilər.

2. Yuxarıdakı maddənin müddəalarına uyğun olaraq hər hansı bir Tərəf onun Xartiyanın II hissəsindən qəbul etdiyi hər hansı bir maddə və ya bəndini bu şərtlə etibarsız elan edə bilər ki, bu cür Tərəf üçün məcburi olan maddə və ya bəndlərin sayı birinci halda on altıdan, ikinci halda isə altmış üçdən az olmasın və həmçinin maddə və bəndlərin bu sayına əvvəlki kimi A maddəsinin 1-ci bəndinin «b» yarımbəndində xüsusi olaraq adı çəkilənlərin sayına aid edilmiş Tərəfin seçdiyi maddələr daxil edilsin.

3. Hər hansı bir Tərəf bu Xartiyanı və ya onun II hissəsinin hər hansı bir maddə və ya bəndini bu maddənin 1-ci bəndində qeyd edilmiş və onun 1-ci maddənin 2-ci bəndinə müvafiq olaraq verildiyi ərizəsinə əsaslanmaqla, Xartiyanın təsirinin yayıldığı hər hansı bir əraziyə aid edilməsi şərtilə etibarsız elan edə bilər.

Maddə N. Əlavə

Bu Xartiyaya aid əlavələr onun ayrılmaz tərkib hissələridir.

Maddə O. Bildirişlər

Avropa Şurasının Baş katibi Şuranın üzvü olan dövlətlərə və Beynəlxalq Əmək Bürosunun direktoruna aşağıdakılar haqda bildiriş göndərir:

a) hər hansı bir imzalanma haqda;

b) qəbul edilmə və ya bəyənilmə haqda hər hansı bir ratifikasiya fərmanının və ya sənədinin saxlanılma məqsədilə təqdimi haqqında;

c) K maddəsinə müvafiq olaraq, bu Xartiyanın qüvvəyə minməsinin hər hansı bir tarixi haqqında;

d) A maddəsinin 2 və 3-cü bəndləri, D maddəsinin 1 və 2-ci bəndləri, F maddəsinin 2-ci bəndi, L maddəsinin 1,2,3 və 4-cü bəndlərinin yerinə yetirilməsi üçün verilən hər bir ərizə haqqında;

e) J maddəsinə müvafiq olaraq hər hansı bir düzəliş haqda;

f) M maddəsinə müvafiq olaraq hər hansı bir etibarsız elan etmə haqda;

g) bu Xartiyaya dair digər hər hansı bir akt, bildiriş və ya məlumat haqda. Bunun üçün lazımi səlahiyyətlərə malik olan aşağıda imza edənlər bu dəyişdirilmiş Xartiyanı təsdiq etmək üçün imzalayırlar.

Xartiya 1996-cı il mayın 3-də ingilis və fransız dillərində, hər iki mətni eyni qüvvəyə malik olmaqla, bir nüsxədə imzalanmışdır və həmin nüsxə Avropa Şurasının arxivində saxlanılacaqdır. Avropa Şurasının Baş katibi lazımi qaydada təsdiqlənmiş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlət və Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərir.

Dəyişdirilmiş Avropa Sosial Xartiyasına Əlavələr

Müdafiə ilə əhatə etdiyi şəxslərə dair dəyişdirilmiş Avropa Sosial Xartiyasının təsir dairəsi

1. 12-ci maddənin 4-cü bəndinə və 13-cü maddənin 4-cü bəndinə xələl gətirmədən 1-dən 17-yə və 20-dən 31-ə qədər olan maddələrin təsirinin yayıldığı şəxslərin tərkibinə xaricilər yalnız onların digər Tərəfin vətəndaşı olduqları və müvafiq Tərəfin ərazisində qanuni əsaslarla yaşadıqları və daimi işlədikləri halda, 18 və 19-cu maddələrin müddəaları əsasında həmin maddələrin izah edilərək anlaşılması şərtilə daxil edilirlər. Bu izah, oxşar hüququn hər hansı bir müqavilə Tərəfindən digər şəxslərə də şamil edilməsinə mane olmur.

2. Hər bir Tərəf, 1951-ci il iyulun 28-də imzalanmış Qaçqınların statusu ilə bağlı Konvensiyada və 1967-ci il 31 yanvar tarixli Protokolda müəyyən edilmiş və qanuni əsaslarla onun ərazisində yaşayan qaçqınlara mümkün qədər əlverişli və hər bir halda qeyd olunan Konvensiyaya və həmin qaçqınlara tətbiq edilə bilən hazırda qüvvədə olan hər hansı digər bir beynəlxalq müqavilələrə əsasən Tərəfin götürdüyü öhdəliklərin nəzərdə tutduğu şəraitdən heç də az əlverişli olmayan bir şərait yaradır.

3. Hər hansı bir Tərəf vətəndaşlığı olmayan, qanuni surətdə onun ərazisində yerləşən şəxslərə (apatridlərə) apatridlərin statusu haqqında 1954-cü il sentyabrın 28-də Nyu-Yorkda qəbul edilmiş Konvensiyadakı Tərəfinə müvafiq, maksimal mümkün dərəcədə əlverişli, hər halda belə apatridlərə tətbiq edilən adı çəkilən Konvensiyaya və qüvvədə olan hər hansı bir digər beynəlxalq sənədlərə müvafiq həmin Tərəfin öz üzərinə götürdüyü öhdəliklərdən heç də az əlverişli olmayan bir müvafiq rejim yaradır.

I hissə

18-ci bənd və II hissə, 18-ci maddənin 1-ci bəndi

Belə bir anlaşma mövcuddur ki, bu müddəalar Tərəfin ərazisinə giriş məsələsinə toxunmur və 1955-ci il dekabrın 13-də Parisdə imzalanmış Məskunlaşma haqqında Avropa Konvensiyasının müddəalarına xələl gətirmir.

II hissə

1-ci maddənin 2-ci bəndi

Bu müddəa hər hansı bir nizamnamə qaydalarını və ya həmkarlar ittifaqları vasitəsilə təminat təcrübəsini qadağan edən və yaxud onlara icazə verən müddəa kimi izah edilməməlidir.

2-ci maddənin 6-cı bəndi

Tərəflər bu müddəanın aşağıdakılara dair tətbiq edilməməsini nəzərdə tuturlar:

a) əmək müqaviləsi olan, yaxud bir aydan artıq olmayan müddət üçün əmək münasibətlərinə daxil olan və ya həm də iş həftəsi səkkiz saatdan çox olmayan işçilərə dair;

b) əmək müqaviləsi və ya təsadüfi, yaxud spesifik xarakterli əmək münasibətləri olan şəxslərə dair, bu şərtlə ki, həmin müddəanın tətbiq edilməməsi obyektiv səbəblərlə özünü doğrultmuş olsun.

3-cü maddənin 4-cü bəndi

Belə bir anlaşma mövcuddur ki, həmin müddəanın məqsədləri üçün bu xidmət-lərin funksiyası, təşkili və təsir şərtləri milli qanunlarla, normativ aktlarla, kollektiv müqavilələrlə və yaxud milli şəraitə uyğun digər vasitələrləəyyən edilir.

4-cü maddənin 4-cü bəndi

Həmin müddəa belə tərzdə anlaşılmalıdır ki, ciddi qəbahət baş verdiyi halda o, işdən azad olunmağa mane olmur.

4-cü maddənin 5-ci bəndi

Belə bir anlaşma mövcuddur ki, işçilərin böyük əksəriyyətinin əmək haqqından çıxmalara ya qanunun, kollektiv müqavilələrin, ya da arbitraj qərarlarının icazə vermədiyi hallarda Tərəf bu bəndin nəzərdə tutduğu öhdəliyi öz üzərinə götürür.

6-cı maddənin 4-cü bəndi

Belə bir anlaşma mövcuddur ki, ona aidiyyəti olduğu hallarda Tərəflərdən hər biri tətil hüququnun yerinə yetirilməsini qanun vasitəsilə tənzimləyə bilər, bu şərtlə ki, həmin hüququnun digər hər hansı bir mümkün məhdudlaşması «G» maddəsinin müddəalarına müvafiq olaraq əsaslandırıla bilsin.

7-ci maddənin 2-ci bəndi

Həmin müddəa işə götürülmə üçün nəzərdə tutulmuş minimum yaş həddinə çatmayan gənclərin peşə hazırlığına tamam gərəkli dərəcədə işləyə bilməsini həmin bu işi səlahiyyətli hakimiyyət orqanlarının qabaqcadan nəzərdə tutduğu şərtlərə uyğun həyata keçirmək və bu gənclərin sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə tədbir görmək şərtləri ilə Tərəflərin öz milli qanunvericiliyində əvvəlcədən nəzərdə tutmasına mane olmasın.

7-ci maddənin 8-ci bəndi

Nəzərdə tutulur ki, 18 yaşınadək olan gənclərin böyük əksəriyyətinin gecə vaxtı işləməməsini öz milli qanunvericiliyində əvvəlcədən nəzərdə tutmaq şərtilə müqavilə Tərəfi bu paraqrafın tələb etdiyi öhdəliyi öz üzərinə götürə bilər.

8-ci maddənin 2-ci bəndi

Bu müddəa belə izah olunmamalıdır ki, o, mütləq qadağa qoyur. Məsələn, aşağıdakı hallarda istisnalar ola bilər:

a) əgər işçi qadın əmək münasibətlərinin pozulmasına haqq qazandıran hərəkət edirsə;

b) əgər müvafiq öhdəlik daha qüvvədə deyildirsə;

c) əgər əmək müqaviləsinin müddəti bitmişdirsə.

12-ci maddənin 4-cü bəndi

Həmin bəndin girişində olan «bu razılaşmalarda nəzərdə tutulan şərtlərə riayət etmək şərtilə» sözlərə aşağıdakı mənanı verən kimi baxılmalıdır: məsələn, üzvlük sığorta haqqından asılı olmayan müavinətlərin verilmə məsələsində digər müqavilə Tərəfləri vətəndaşlarına belə müavinətləri verərkən, müqavilə Tərəfi öncə nəzərdə tutulan yaşamaq müddətinin bitməsini tələb edə bilər.

13-cü maddənin 4-cü bəndi

Sosial və tibbi yardım haqqında Avropa Sosial Xartiyasının üzvü olmayan hökumətlər bu bəndlə əlaqədar olaraq həmin Xartiyanı, onların digər müqavilə Tərəflərinin vətəndaşlarına qeyd olunan Konvensiyanın müddəalarına müvafiq rejim yarada bildiyi zaman ratifikasiya (təsdiq) edə bilərlər.

16-cı maddə

Belə bir anlaşma mövcuddur ki, həmin müddəada nəzərdə tutulan müdafiə bir valideynli ailələrə də şamil edilir.

17-ci maddə

Belə bir anlaşma mövcuddur ki, əgər qüvvədə olan qanun üzrə yetkinlik yaşı daha tez başlamırsa, o zaman həmin müddəa 18 yaşınadək olan bütün gənclərə şamil edilir. Xartiyanın digər konkret müddəalarına, o cümlədən 7-ci maddəyə bu aid deyildir.

Bu, qeyd edilən yaşa qədər icbari təhsillə təmin etmək öhdəliyini nəzərdə tutmur.

19-cu maddənin 6-cı bəndi

Bu müddəanın tətbiqi məqsədilə «əmək miqrantının ailəsi» termininə heç olmasa, işçinin əri (arvadı) və qəbul edən dövlətin onları yetkinlik yaşına çatmayan və öz himayəsində olan hesab etdiyi nikahda olmayan uşaqları da əhatə edən termin kimi baxılır.

20-ci maddə

1. Belə bir anlaşma mövcuddur ki, qocalığa görə təqaüdlər, işsizliyə və ailə başçısının itirilməsinə görə müavinətlərə dair digər müddəalar kimi, sosial təminat məsələləri də həmin maddənin təsir dairəsindən çıxarıla bilər.

2. Qadınların müdafiəsinə, o cümlədən hamiləlik, doğum və analığın qorunmasına aid müddəalara həmin maddənin məzmunu baxımından ayrı-seçkilik kimi baxılmamalıdır.

3. Həmin maddə faktiki bərabərsizliyin aradan götürülməsinə yönəlmiş tədbirlərin görülməsinə mane olmamalıdır.

4. Öz xüsusiyyətinə və ya yerinə yetirilməsinə görə yalnız müəyyən cinsdən olan şəxslərə tapşırıla bilən peşə fəaliyyəti növləri həmin maddənin və ya onun bəzi müddəalarının təsir dairəsindən çıxarıla bilər. Bu, Tərəflərə qanunların və ya normativ aktların tərkibinə öz xüsusiyyəti və ya yerinə yetirilməsinə görə yalnız müəyyən cinsdən olan şəxslərə tapşırıla bilən işlərin siyahısını daxil etmək tələbi kimi izah edilə bilməz.

Maddə 21 və 22

1. Bu maddələrin tətbiqi məqsədilə «işçi nümayəndələri» termini belə qismdə milli qanunvericiliyin və ya təcrübənin tanıdığı şəxslər mənasını daşıyır.

2. «Milli qanunvericilik və təcrübə» termininə qanunlar və normativ aktlarla bərabər, kollektiv müqavilələr, işəgötürənlərlə işçi nümayəndələri arasında bağlanmış digər müqavilələr, adətlər və həm də müvafiq məhkəmə təcrübəsi daxildir.

3. Bu maddələrin tətbiqi məqsədilə «müəssisə» termini hüquqi şəxs statusuna malik olan və ya olmayan, maliyyə mənfəətləri əldə etmək məqsədlərilə əmtəə istehsalı və ya xidmət göstərilməsi üçün yaradılan və öz şəxsi bazar siyasətini müəyyən etmək səlahiyyətlərilə təmin edilmiş maddi və ya qeyri-maddi komponentlər kompleksi mənasını verir.

4. Belə anlaşma mövcuddur ki, dini cəmiyyətlər və onların təsisatları 3-cü bəndin məzmunu baxımından «müəssisə» olsalar belə, bu maddələrin tətbiq dairəsindən çıxarıla bilərlər. Fəaliyyət göstərən vəəyyən ideallardan ruhlanan və ya müəyyən mənəvi konsepsiya və ideallara əməl edən və milli qanunvericiliklə qorunan müəssisələr beləəssisənin yönümü müdafiəsinə lazım olan dərəcədə bu maddələrin tətbiq dairəsindən çıxarıla bilər.

5. Belə bir anlaşma mövcuddur ki, həmin maddələrdə ifadə edilmiş hüquqlar müəssisənin müxtəlif bölmələrində həyata keçirildiyi zaman müvafiq Tərəfə həmin müddəalardan irəli gələn öhdəlikləri yerinə yetirən tərəf kimi baxılmalıdır.

6. Tərəflər həmin maddələrin tətbiq dairəsindən müəyyən saydan az işçini məşğul edən müəssisələri çıxara bilər. Beləəssisələr milli qanunvericilik və yaxud təcrübə iləəyyən edilir.

Maddə 22

1. Bu müddəa nə iş yerlərində əməyin müdafiə və gigiyenasına dair dövlət səlahiyyətləri və öhdəliklərinə, nə də onların tətbiqi üzərində nəzarət qurumlarının səlahiyyət və məsuliyyətinə toxunmur.

2. «Sosial və sosial-mədəni xidmət və onun üçün imkanlar yaradılması» terminləri bəzi müəssisələr tərəfindən işçilərə göstərilən sosial və yaxud mədəni xidmət və imkanlar, o cümlədən maddi yardım, idman qurğuları, uşaq əmizdirən analar üçün otaqlar, kitabxanalar, uşaq düşərgələri və sair kimi başa düşülür.

23-cü maddənin 1-ci bəndi

Bu bəndin tətbiqi məqsədilə «mümkün qədər uzunmüddətli» termini ahıl yaşlı şəxslərin fiziki, psixoloji və intellektual imkanlarına aid edilir.

Maddə 24

1. Anlaşma mövcuddur ki, həmin maddənin məqsədləri üçün «məşğulluğun dayandırılması» termini sahibkarın təşəbbüsü ilə dayandırılması mənasını verir.

2. Anlaşma mövcuddur ki, həmin maddə bütün işçiləri əhatə edir, lakin Tərəf muzdla işləyən işçilərin aşağıdakı kateqoriyalarını müdafiə dairəsindən tam və ya qismən çıxara bilər:

a) müəyyən müddət və ya müəyyən işin yerinə yetirilməsi vaxtı üçün əmək müqaviləsinə malik olan işçilər;

b) vaxtı əvvəlcədən müəyyən edilən və davamı məntiqli olan sınaq müddətini keçən işçilər;

c) qeyri-müntəzəm əsasla işə qısa müddət üçün götürülən işçilər.

3. Həmin maddənin məqsədləri üçün, məsələn, aşağıdakı şəraitlər məşğulluğun dayandırılmasının üzürlü səbəbləri deyildir:

a. həmkarlar ittifaqının üzvü olma və həmkarlar ittifaqının işində qeyri-iş vaxtı və yaxud sahibkarın razılığı ilə iş vaxtı iştirak etmək;

b. işçi nümayəndələrinin funksiyalarını yerinə yetirmək üçün irəli çəkilmə və yerinə yetirmə, o cümlədən keçmişdə;

c. sahibkardan şikayətvermə və yaxud onu qanun və ya normativ aktların pozulmasında ittiham edərək, ona qarşı qaldırılan məhkəmə iddiasında iştirak etmə, yaxud da səlahiyyətli inzibati qurumlara müraciət etmə;

d. irqi mənsubiyyət, dərinin rəngi, cins, ailə vəziyyəti, ailə öhdəliyi, din, siyasi əqidə, milli və ya sosial mənsubiyyət;

e. hamiləliyə və doğuşa və yaxud körpəyə qulluq etməyə görə məzuniyyət;

f. xəstəlik və ya xəsarət səbəbinə görə müvəqqəti işdə olmama.

4. Belə anlaşma mövcuddur ki, üzürlü səbəb olmadan məşğulluğun dayandırılması hallarında kompensasiya və yaxud digər lazımi müavinətlər milli qanunlarla və ya normativ aktlarla, kollektiv müqavilələrlə və yaxud milli şəraitə müvafiq digər aktlarla müəyyən edilir.

Maddə 25

1. Belə anlaşma mövcuddur ki, səlahiyyətli milli qurum aradan götürmə yolu ilə və sahibkar və işçi təşkilatları ilə məsləhətləşəndən sonra müəyyən işçi kateqoriyalarını onların əmək münasibətləri xüsusiyyətinin səbəbi ucbatından həmin müddəanın əvvəlcədən nəzərdə tutduğu müdafiə dairəsindən çıxara bilər.

2. Belə anlaşma mövcuddur ki, «ödəmə qabiliyyəti olmayan» termininin tərifini milli qanun və təcrübə verməlidir.

3. Həmin maddənin əhatə etdiyi işçi iradlarına heç olmasa aşağıdakılar daxildir:

a. müəssisənin ödəmə qabiliyyətsizliyi və yaxud məşğulluğun dayandırılması baş verənədək güzəştlər sistemində üç aydan və təminatlar sistemində səkkiz həftədən az olmayaraq təyin edilmiş dövrdə əmək haqqına dair işçi iradları;

b. müəssisə müflisliyi və ya məşğulluğun dayandırılması baş verdiyi il ərzində yerinə yetirilmiş işin müqabilində məzuniyyət ödənilməsinə dair iradlar;

c. müəssisənin ödəmə qabiliyyətsizliyi və yaxud məşğulluğun dayandırılması baş verənədək güzəştlər sistemində səkkiz həftədən az olmayaraq təyin edilmiş dövr üçün ödənişli işdə olmamaların digər növlərinə görə çatmalı olan haqqa dair işçi iradları.

4. Milli qanun və qaydalar işçi iradlarının müdafiəsini sosial cəhətdən qəbul edilə bilən səviyyəyə uyğun olan müəyyən məbləğlə məhdudlaşdıra bilər.

Maddə 26

Belə anlaşma mövcuddur ki, həmin maddə Tərəflərdən müvafiq qanunvericiliyin qəbulunu tələb etmir. Belə anlaşma mövcuddur ki, 2-ci bənd seksual təqiblərə aid edilmir.

Maddə 27

Belə anlaşma mövcuddur ki, ailə öhdəlikləri onların iqtisadi fəaliyyətə hazırlıq, ona giriş, onda iştirak etmə və müvəffəqiyyət qazanmalarını məhdudlaşdırdığı zaman həmin maddə onların himayəsindəki uşaqlar və həmçinin onların qayğı və yardımına açıq-aşkar ehtiyacı olan digər ən yaxın ailə üzvlərinə dair işçi kişi və qadınlara aid edilir. «Himayəsində olan uşaqlar» və «onların qayğı və yardımına açıq-aşkar ehtiyacı olan digər ən yaxın ailə üzvləri» terminləri müvafiq Tərəfin milli qanunvericiliyinin belə qismdəəyyən etdiyi şəxsləri bildirir.

Maddə 28 və 29

Bu maddələrin tətbiqi məqsədilə «işçi nümayəndələri» termini milli qanunvericiliyin və ya təcrübənin belə qismdə tanıdığı şəxsləri bildirir.

III hissə

Belə anlaşma mövcuddur ki, Xartiyanın tərkibinə tətbiqi üzərində yalnız bu Xartiyanın IV hissəsində əvvəlcədən nəzərdə tutulmuş nəzarətin edilə biləcəyi beynəlxalq səciyyəli hüquqi öhdəlikləri daxildir.

A maddəsinin 1-ci bəndi

Belə anlaşma mövcuddur ki, «rəqəmlə qeyd edilmiş bəndlər» sayına yalnız bir bənddən ibarət maddələr aid edilə bilər.

B maddəsinin 2-ci bəndi

B maddəsinin 2-ci bəndinə dair dəyişdirilmiş Xartiyanın müddəaları maddə və bəndləri həmin saylarla qeyd edilmiş əvvəlki Xartiyanın müddəlarına, aşağıdakıları istisna etməklə, uyğun gəlir:

a. əvvəlki Xartiyanın 3-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun gələn dəyişdirilmiş Xartiyanın 3-cü maddəsinin 2-ci bəndini;

b. əvvəlki Xartiyanın 3-cü maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun gələn dəyişdirilmiş Xartiyanın 3-cü maddəsinin 3-cü bəndini;

c. əvvəlki Xartiyanın 10-cu maddəsinin 4-cü bəndinə uyğun gələn dəyişdirilmiş Xartiyanın 10-cu maddəsinin 5-ci bəndini;

d. əvvəlki Xartiyanın 17-ci maddəsinə uyğun gələn dəyişdirilmiş Xartiyanın 17-ci maddəsinin 1-ci bəndini.

V hissə

Maddə E

Obyektiv və məntiqi əsaslara söykənən fərqləndirici yanaşmaya ayrı-seçkili yanaşma kimi baxılmamalıdır.

Maddə F

«Müharibə, yaxud digər milli təhlükə hallarında» terminini həm də müharibə təhlükəsini daxil edən termin kimi başa düşmək lazımdır.

Maddə İ

Belə anlaşma mövcuddur ki, əhatə edilən işçilərin sayını hesablayanda 21 və 22-ci maddələrin əlavələrinə müvafiq olaraq çıxarılmalı olan işçilər hesaba alınmır.

Maddə J

«Düzəliş» termininə, həmçinin Xartiyaya yeni maddələrin əlavə edilməsi də daxildir.

Dəyişdirilmiş «Avropa Sosial Xartiyası»na
(Strasburq, 3 may 1996-cı il) dair
Bəyanatlar

1. «Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)»*.

2. «Xartiyanın III hissəsinin A maddəsinə əsasən, Azərbaycan Respublikası özünün Xartiyanın II hissəsinin aşağıdakı maddələrilə bağlı olduğunu bəyan edir:

1) Maddə 1

2) Maddə 4

3) Maddə 5

4) Maddə 6

5) Maddə 7

6) Maddə 8

7) Maddə 9

8) Maddə 11

9) Maddə 14

10) Maddə 16

11) Maddə 20

12) Maddə 21

13) Maddə 22

14) Maddə 24

15) Maddə26

16) Maddə27

17) Maddə28

18) Maddə29.»

* Bax: «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu», 2003-cü il, № 4, səh. 721.

© LegalActs LLC