Azərbaycanda vətəndaş nikahının hüquqi cəhətdən tanınması təklif olunur
XƏBƏRLƏR
Azərbaycanda vətəndaş
nikahının hüquqi cəhətdən tanınması təklif olunur
Bu nikahla yaşayanların sayı rəsmi nikaha
girənlərin sayına demək olar ki, çatıb.
Azərbaycanda vətəndaş nikahının hüquqi
cəhətdən tanınması, bununla bağlı qanunvericiliyə yeniliyin edilməsi təklif
olunur.
Oxu.Az APA-ya istinadən xəbər
verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial
siyasət komitəsi ilə keçirdiyi birgə iclasda bu barədə təklif irəli sürülüb.
Deputatlar Yaqub
Mahmudov, Fəzail Ağamalı və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanda
artıq vətəndaş nikahı ilə yaşayanlar və bu nikahdan övlad dünyaya gətirənlərin
sayı rəsmi nikaha girənlərin sayına demək olar ki, çatıb.
Onlar son vaxtlar ictimaiyyətdə
bu mövzuda baş qaldıran narahatlıqları da misal çəkərək deyiblər ki, xüsusən bu
cür nikahdan dünyaya gələn uşaq ilə bağlı ciddi problemlər yaşanır. Onlar
bununla bağlı Ailə Məcəlləsinə və digər qanunvericilik sənədlərinə tənzimləyici
müddəaların salınmasını təklif ediblər.