Azərbaycanda qadın qətliamı - www.himayadar.org

 UNUTMAMALI: XOŞBƏXT AİLƏLƏR GƏLƏCƏYİN SAĞLAM VƏ GÜCLÜ TOPLUMUNU YARADIR! QADIN-KİŞİ BƏRABƏRLİYİNDƏ FƏRDİN MƏNFƏƏTİ AİLƏYƏ, AİLƏNİN MƏNAFEYİ TOPLUMA BAĞLANMALIDIR! 

Перейти к контенту

Главное меню:

Azərbaycanda qadın qətliamı

XƏBƏRLƏR

Azərbaycanda qadın qətliamı - 4 gündə 3 kişi arvadını öldürdü

09 Oktyabr, 2019
Bakıda bu gün daha bir kişi qısqanclığa görə arvadını öldürdü
Bakıda daha bir kişi arvadını qətlə yetirib. Hadisə paytaxtın Nizami rayonunda baş verib. 38 yaşlı İlham Əkbərov arvadı, 36 yaşlı Cəvahir Əkbərovanı bıçaqlayıb.

Həmin şəxs daha sonra Şəki rayonuna gedərək orada könüllü polisə təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq bu son bir neçə gündə ölkədə ərin həyat yoldaşını qətlə yetirməsi bağlı baş verən 3-cü hadisədir. Belə ki, oktyabrın 6-da Binəqədi raonu, Bləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızını 20 bıçaq zərbəsi ilə öldürüb.
Ötən gün isə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  
 
Materiallardan istifadə yalnız «www.himayadar.org»a istinad etməklə mümkündür. ©«himayadar.org» 2018
Назад к содержимому | Назад к главному меню